Əsas məzmuna keç

Qəzəl

Bağdən fəsli-bahar ol güli-rəna getdi

Seyid Əzim Şirvani

1

Bağdən fəsli-bahar ol güli-rəna getdi, Bağlər düşdü səfadən ki, təmaşa getdi.

Nə əcəb gər axa Zəmzəm kimi əşki-çeşmim, Nəzərimdən mənim ol Kəbeyi-ülya getdi.

Getdi ta silsileyi-zülfi əlimdən o məhin, Qurtarıb ömr, başımdan dəxi sövda getdi.

Dəxi sən, ey dili-bimar, dəvasız qaldın, İndi ol mərgüvə amadə, Məsiha getdi.

Etmədi aqibəti-karüvi Məhmudi-xuda, Ol Əyazi-dilü can, şivədə Leyla getdi.

Dedi minbəd sənə atəşi-duzəxdi məqam, O üzü baği-cinan, qaməti Tuba getdi.

Seyyida, getdi o kim, gəlmiş idi Şirvanə, Qaldı surət kimi bu şəhr, o məna getdi.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.