Əsas məzmuna keç

Qəzəl

Bağdaş qurub otursa nigarım, fəğan qopar

Şah İsmayıl Xətai

1

Bağdaş qurub otursa nigarım, fəğan qopar, Dursa-otursa, fitneyi-axirzaman qopar.

Şirvan xəlayiqi xamu Təbrizə daşına, Mülki-Əcəm sorar ki, qiyamət xaçan qopar?

Yetdükcə tükənir ərəbün kuyi, məskəni, Bağdad içində hər necə kim, türkman qopar.

Çıxsa saraydən bu cahan varisin dutar, Bir mürşidi-təriqət, pirü cəvan qopar.

Görmüşdü ta Xətayi əzəldən yəqin muni, Nuhun əlaməti gəlür, andan tufan qopar.

Lüğət: Nigar – sevgili, bəzəkli

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.