Əsas məzmuna keç

Qəzəl

Bağban, yarın boyu xoşdur mənə şümşaddan

Məhəmməd Füzuli

1

Bağban, yarın boyu xoşdur mənə şümşaddan, Tərbiyət almaq fəqət mümkündür istedaddan.

Gül dodağın xəttini alsam dilə, sən incimə, Nəqşi-Şirindir xəbərsiz tişeyi-Fərhaddan.

Naləyə yol qoymayıbdır, bağlayıb qanlı könül, Məsti-bəzmi-heyrətəm, keçmiş işim fəryaddan.

Fariğ olmaz axirət cövrü əzabından o kəs Kim, sənəmlər zülfünü öyrənməmiş ustaddan.

Eşqi rədd etməkdə zahid çəkməyir möhnət, fəqət Dəhrdə kim qurtarıbdır möhnətü bidaddan.

Zahidin olmaz yəqin meyxanəyə heç rəğbəti, Bayquşun gəlməz xoşu bir mənzili-abaddan.

Ey Füzuli, badə tərkin qılmağa əzm eylədin, Bir düşün, gör, boş deyil əqlin sənin bünyaddan?

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.