Əsas məzmuna keç

Qəzəl

Bağban, bağıva gülşən, deməyim, bəs nə deyim

Məhəmmədəli Şəfai

4

Bağban, bağıva gülşən, deməyim, bəs nə deyim? Dilli o güllərə süsən, deməyim, bəs nə deyim?

Mürği-şeyda kimi gülçöhrələrin aşiqiyəm, Bağü gülzarü çəməndən, deməyim, bəs nə deyim?

Oxu ey bülbüli-xoşnəğmə gülüşsün güllər, Gülşən olsun daha da şən, deməyim, bəs nə deyim?

Gur saçlar aləmə ol nütqi-gühərbarələrin, Sən günəşdən də gözəlsən, deməyim, bəs nə deyim?

Zövq alır can, o bədii qəzəliyyatından, Şövqilə təbivə əhsən, deməyim, bəs nə deyim?

Nəzm bəzmində bu gün Vahidü bi həmtasən, Yoxdur heç ölkədə səndən, deməyim, bəs nə deyim?

Qonma gülzarə Şəfai ki, deyilsən bülbül. Eylə viranəni məskən, deməyim, bəs nə deyim?

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.