Əsas məzmuna keç

Qəzəl

Badi-sübh əz suyi-məşriq afitab almış gəlür

Şah İsmayıl Xətai

1

Badi-sübh əz suyi-məşriq afitab almış gəlür, Ğaliba, yarın cəmalından niqab almış gəlür.

Aşiqi-dilxəstədən “dəf’i-süda” etmək dilər, Sünbülündən dilbərin buyi-gülab almış gəlür.

Gözlərin dövrində məst oldu ləbin çahin görüb, Zahidi meyxanədən gördüm şərab almış gəlür.

Sufiyi-biçarə həm halın görüb ol zahidin Söhbətin gərm etməyə çəngü rübab almış gəlür.

Hər kişi almış gəlür anın ğəmindən bir nəsib, Bu Xətayi çeşmi-pürxun, dil kəbab almış gəlür.

Lüğət: Badi – fəna – fəna yeli; Niqab – üz örtüyü; Gərm – isti; Çəng – musiqi aləti; Çeşmi – giryan – ağlar göz; Pürxun – qanla dolu; Dil – ürək

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.