Badi-səba şüküftə edər gərçi gülləri
Badi-səba şüküftə edər gərçi gülləri, Həmmam camədən çıxarır bu gözəlləri.
Ey futə, vermərəm səni zahid əbasına, Şamü səhər qucursan elə incə belləri.
Aşiq yanında zərrdən artıqdı qiymətin, Ey tas, ta ki dəgdi sənə yarın əlləri.
Ey xəlvəti fəda sənə, kəhli-təcərrüdün Var səndə ruhə feyz verən çox əməlləri.
Bir guşəni behiştə sənin vermərəm ki, var Səndə bu şuxi-huriliqalər məhəlləri.
Həmmam daşı olsa idin Seyyida, əgər, Sən də qucaqlar idin o ziba.