Ayinədə əksim özümə bir nəzər etdi
Ayinədə əksim özümə bir nəzər etdi, Əhvalımı göz yaşı töküb didə tər etdi.
Ayinədə yox məndə olan eşqə dəyanət, Yar ondan uzaqlaşdı, o tərki-nəzər etdi.
Torpaqlara qərq eyləyəcəkdir məni qibtə, Yarın nə üçün kuyinə könlüm güzər etdi?
Axşam mənim əhvalıma göz yaşları tökdü, Sanki bu könül atəşi şəmə əsər etdi.
Ayinəni də görməyə qoymur məni heyrət, Müjganına könlüm gözünü bir süpər etdi.
Öz dərdinə bir başqa əlac eylə, Füzuli, Çox işləri dünyada səbir bisəmər etdi.