Aydım qaşına: – işvə qıl. aydır ki, göz üstə
Aydım qaşına: – İşvə qıl. Aydır ki, göz üstə. Baxdım ki, görüm ol gözü, dedi ki, yüz üstə.
Bir tari-muyindir kəmərin altda miyanın, Naziklik ilə kim deyə bir söz bu söz üstə.
Ey dil, yüzüni xak edə gör yar eşigində, Ta daməni-dilbərdən anın düşə toz üstə.
Meyxanə ləbin istədi ta nəqlü kəbabi, Eşq odunu yaxıb cigərim saldı köz üstə.
Yar etdi mana: – Aşiq isən xəstə Xətayi, Bu cövrü cəfa kim, qıluram, şimdi döz üstə.
Lüğət: Dil – ürək; Xak – torpaq; Damən – ətək; Cövr – zülm