Ay qız, nə gözəlsən, gül öpər laləvəşündən
Ay qız, nə gözəlsən, gül öpər laləvəşündən, Baxdıqca sənə can gözü doymaz görüşündən.
Ay söyləsəm ol hüsnüvə mən, sən ki Günəşsən, Nur almadadır ay kimi qəlbim günəşündən.
Başdan-ayağa bir yaraşıqsan, gözəl ay qız, Qız tək utanır sərvü xuraman yerişündən.
Sən qönçeyi-xəndan o dodaqlarla güləndə, Könlüm tək açar bağçada güllər gülüşündən.
Oynatma qılınc qaşlarını qətlimə canan, Qurban o xumar gözlərə keç bu şər işündən.
Mən xəstəyi-eşqəm, gözəlim, yox mənə çarə, Bu dərdimə dərman dedilər, bir öpüşündən.
İndi bu Şəfai, bu da sən, ey güli-rəna, Ver gül yanağından öpə, ya güllü döşündən.