Əsas məzmuna keç

Qəzəl

Ay ilə gün sücud edər surəti-canfəzayinə

İmadəddin Nəsimi

1

Ay ilə gün sücud edər surəti-canfəzayinə, Ay ilə gün nədir kim, ol düşməyə xaki-payinə.

Cami-cahannümadur ol, səndə iki cahanı gör, Çün görəsən sən olmusan cani-cahanə ayinə.

Faili-mütləqi-yəqin kim ki, dilər görə bu gün, Baxsın anın camalına, həqqi görər bu ayinə.

Aşiqi-sadiq oldurur həq yoluna şəhid ola, Həq deyəni alır anun durmuş anun bəhayinə.

Yusifi-Misri canü dil, yə’ni ki, Fəzli-zülcəlal, Gəldi səfavü zövq ilə şəhri-bədən sərayinə.

Qıldı fəna vücudumu küll kərim ilə kəlam, Zərqi-həsən budur ki, şah sandı bu gün gədayinə.

Hər ki, Nəsimitək sücud Fəzli-ilahə qılmadı, Div kimi bu gün anı bəlkə bu yolda dayinə.

Lüğət: Cami – müsəffa – Saf şərab; Dil – Ürək; Zərq – Hiylə, yaltaqlıq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.