Əsas məzmuna keç

Qəzəl

Ay camalın hüsni-surət kim, qılıbdır ol həkim

İmadəddin Nəsimi

1

Ay camalın hüsni-surət kim, qılıbdır ol həkim, Faili-mütləqdürür hər şeydə məf’ul ol rəhim.

Saçların zilli düşəldən ruyi-bədrin tabına Kim tilu’ etdi cahana şəmsi-tabani-müqim.

Həm həqin sən məzhərisən la şərikü bigüman, Səndədir nuri-təcəlli ərşü kürsi həm nəsim.

Üzünə səb’ül-məsani gər oxursam, la demə Kim, qaşınla kirpigin zülfündən oldu bu rəsim.

Səcdə qılmazmı belə gör sidrəvü tuba tamam Kim, məlaik qamusu aydır sücudini əzim.

Nitqiyəm şirin ləbinin, Isiyi-cana həyat, Çün Məsiha istər isən, iştə gəldi dər rəmim.

Xızr çün bulmuş həyatı zülmətindən ta əbəd Kim, ləbin eynidürür şol zülmət içrə dalü mim.

Yazma hərfin adını, ey öz-özündən bixəbər, Çün ləbindən zahir oldu bu kəlam ilə Kəlim.

İstiva sirrini gər bildin isə eynəl-yəqin, Xətti-vəchində şikaf oldu sirati-müstəqim.

Uş bu dünya fanidir, keç sən fənadan, bul bəqa Kim, həyati-cavidan olsa sana ömri-səlim.

Ey Nəsimi, gər nəhayət bildin isə nüktə sən, Bistü həştü sivü dü vəchində yazıldı müqim.

______________________Milli Kitabxana_______________________

Lüğət: Bədri – müəmməm – Əmmaməli ay; Müqim – Sakin; Təcəlli – Əzəmətli zühur etmə; Şol – O; İstiva – Ekvator xətti; Eynəl – yəqin – Yəqin etmənin 2-ci (görmə) mərhələsi; Bəqa – Baqilik; Nüktə – İncə söz, fikir. Ö; Bistü – həşt – Iyirmi səkkiz

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.