Əsas məzmuna keç

Qəzəl

Axiri-dəhr nə mümkündü fənadən qeyri

Seyid Əzim Şirvani

1

Axiri-dəhr nə mümkündü fənadən qeyri, Kimsə baqi degil aləmdə xudadən qeyri.

Aləmi-faniyə əl vurma ki, yoxdur səməri, Eyləmə hiç tələb mülki-bəqadən qeyri.

Bivəfa mahlərə vermə könül, xar olusan, Görməsən dərdü qəmü cövrü cəfadən qeyri.

Ləbi-şəkkərşikənindən sənə düşnam verir, Gərçi sən eyləməsən xeyr-duadən qeyri.

Tapmasan kimsənə ki, dərdi-dil izhar edəsən, Həmdəm olmaz qəmüvə badi-səbadən qeyri.

Hər nə zülm eyləsə dildar gərək səbr edəsən, Yoxdu bu babdə bir çara rizadən qeyri.

Aşiq ol pərtövi-rüxsareyi-şəmsi-əzələ, Ta ki sən görməyəsən nurü ziyadən qeyri.

Ol xudavəndi-əhəd eşqinə candan rağib, Yoxdu bu Kəbədə çün zövqü səfadən qeyri.

Mümkünün var ki, yolu mümkünə aşiq olsun, Pəs tələb eyləməsən mehrü vəfadən qeyri.

Surəti-vacibi mümkündə təmənna eləsən, O da mümkün ki, degil Şiri-xudadən qeyri.

Çəng vur ürvəti-vüsqayi-vəliyyüllahə, Görməsəm ruzi-cəza lütfü ətadən qeyri.

Mümkünün vacibə yoxdur yolu, ey Seyyidi-zar, Görmədim səndə bir asar xətadən qeyri.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.