Əsas məzmuna keç

Qəzəl

Axır-zamanın fitnəsi şol gözləri şəhla imiş

İmadəddin Nəsimi

1

Axır-zamanın fitnəsi şol gözləri şəhla imiş, Gəl düş anın sevdasına, gör kim, nə xoş sevda imiş.

Eşqində məhv oldu cahan, hüsnündə heyran oldu can, Ey küntə-kənzin gövhəri, eşqin əcəb dərya imiş.

Düşdü saçın zəncirinə aşüftə könlüm, neyləsin, Zəncirə düşməkdir işi hər qanda bir şeyda imiş.

Ey tubiyi arzulayan himməti alçaqlar kibi, Qəddini yarın arzula kim, tubundən ə’la imiş.

Eşqində, ey can nüsxəsi, qovğadadır aləm bu gün, Aləmdə daim hüsn ilə eşqin işi qovğa imiş.

Təsbih ilə səccadəyi ərz etmə əhli-hala kim, Həblülmətini aşiqin şol zülfi-ənbərsa imiş.

Şol alı çox ala gözün könlüm evin yəğmaladı, Yəğmaçı türkün adəti hər qandasa yəğma imiş.

Dünyadavü üqbada çün həmta bulunmaz hüsnünə, Şol vahidi gör kim necə bimislü bihəmta imiş.

Gəzdim vücudum şəhrini, dolu-dolu gördüm anı, Hər yerdə çün sənsən, əcəb, adın nədən bica imiş?

Çıxdı Nəsiminin sözü me’raca, ey xülqü həsən, Gəlgil ki, sübhanəlləzi əsraya xoş əsra imiş.

Lüğət: Şol – O; Sevda – 1. Öd. 2. Məhəbbət; Kənz – Xəzinə; Aşüftə – Dağınıq, həyəcanlı; Yarın – Səhər; Ərz – Yer; Yəğma – Qarət; Üqba – O dünya

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.