Əsas məzmuna keç

Qəzəl

Axan ol sərvin yanında su degil, yaşımdır ol

Şah İsmayıl Xətai

1

Axan ol sərvin yanında su degil, yaşımdır ol, Ayağın altındakı başmaq degil, başımdır ol.

Ta xəyalınla sənin dəf’i-məlal eylər könül, Getməsün dildən ki, xoş həmrazü sirdaşımdır ol.

Mən dedim kim, çeşmü ğəmzən sehri dutdu aləmi, Onların sərfitnəsi kimdir? Dedi: – Qaşımdır ol.

Gözümün yaşın ki, saldım içdigim sudur mana, Bağrımın qanın ki, gördüm, ağulu aşımdır ol.

Can fəda qıldı Xətayi, demədi ol bivəfa, Heyf, köçdü aşiqi-sərbazi-qəllaşımdır ol.

Lüğət: Çeşm – göz; Sərbaz – əsgər

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.