Əsas məzmuna keç

Qəzəl

Avlaxda bu gün avlar ikən yarə yoluxdum

Şah İsmayıl Xətai

1

Avlaxda bu gün avlar ikən yarə yoluxdum, Bir aydan arı gün kimi didarə yoluxdum.

Biçarə könül güzgüsü açıldı səfadən, Hey-hey, nə əcəb ahuyi-tatarə yoluxdum.

Dün varmış idim bağçaya gül dərməgə, amma Sundum əlimi bir gülə, səd xarə yoluxdum.

Çox mehrü vəfa umar idim yardən, amma Bir cövri yüküş yari-cəfakarə yoluxdum.

Şah eşiginə səcdə qılıbdır bu Xətayi, Bəhri-Nəcəfə irdim, şəhvarə yoluxdum.

Lüğət: Dün – dünən, gecə; Səd – yüz; Xarə – çaxmaq daşı, bərk daş; Mehr – günəş; Cövr – zülm; Yüküş – çox, bol; Bəhr – dəniz

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.