Atlanıb ol türki-bədxu eylədi əzmi-şikar
Atlanıb ol türki-bədxu eylədi əzmi-şikar, Qalmadı yüz aşiqi-biçarədə səbrü qərar.
Dəhr nəqqaşi üzün gördükdə, cana, rəşkdən Gülşən içrə hər nə nəqş etmişdi qıldı tarümar.
Var yeri ləli-ləbin yadilə qan içsə könül, Qırmızı su versələr məstə içər, badə sanar.
Pərdəni açdın üzündən, ayda taqət qalmadı, Zülfünü açdın, xəta mişkinə təng oldu bazar.
Bisütunu yarmağa Fərhad neylər tişəni, Şirin eşqindən onun qəlbində gər bir şölə var.
Əhli-mənanın yanında yox səbatı aləmin, Ömr bir çaydır axar, yoxdur ona bir etibar.
Ol sənəm eşqində yalnız vermədim mən nəqdi-can Hansı din əhli, Füzuli oldu ol bütdən kənar?