Asiman, sinəni ahım gecələr aldı nişan
Asiman, sinəni ahım gecələr aldı nişan, Deyil ulduzlar, o sinəndəkilərdir peykan.
Zülfünün fikrinə sinəmdə könül yer vermiş, Ölüyə qəbrdə əqrəblər olur munisi-can.
Zülfdür gərdəninə düşdü və ya ağ buxağın, Ah odumda alışıb tüstülədi, ey canan!
Çün cəfa dərsini məktəbdən o dilbərlər alır, Yıxdı məktəb evimi, kaş ola məktəb viran!
Çəksə at nalları dağ qəlbimə, bivəch deyil, Yolunun torpağıdır min ürəyi dağlı cavan.
Əksini meydə görüb, qibtədən öldüm, qorxdum, Ləbinə ləb toxuna sağərə ləb qoycaq haman.
Bu Füzuli nə üçün yetmədi öz mətləbinə, O ki, yalqız gecələr sübhə qədər etdi fəğan?