Əsas məzmuna keç

Qəzəl

Aşüftəligim zülfi-siyəhtarı bilirmi

Seyid Əzim Şirvani

1

Aşüftəligim zülfi-siyəhtarı bilirmi? Ya rəb, görəsən dərdi-dilim tari bilirmi?

Bilməz, bilirəm yar mənim suzi-nihanım, Tufanə dönən göz yaşımı, bari, bilirmi?

Girəm bu gecə qaldı gözüm yolda, nə nəfi, Ol mah özü etdigi iqrarı bilirmi?

Girəm ki, dögər başını səccadəyə zahid, Tərsadə olan məniyi-zünnarı bilirmi?

Vaiz ki, deyir mey içənə əhli-cəhənnəm, Bir məğfirəti-qadiri-qəffarı bilirmi?

Abid ki, edir cənnət ilə Kövsərə rəğbət, Meyxanə ilə badeyi-gülnarı bilirmi?

Seyyid ki, bilir öz-özünü mərifət əhli, Bircə soruşun, feyzi-dəhü çarı bilirmi?

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.