Aşiyani-mürği-dil zülfi-pərişanındadır
Aşiyani-mürği-dil zülfi-pərişanındadır, Qanda olsam, ey pəri, könlüm sənin yanındadır.
Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib, Qılma dərman kim, həlakim zəhri-dərmanındadır.
Çəkmə damən, naz edib, üftadələrdən, vəhm qıl, Göglərə açılmasın əllər ki, damanındadır.
Gözlərim yaşın görüb şur, etmə nifrət kim, bu həm Ol nəməkdəndir ki, lə’li-şəkkərəfşanındadır.
Məsti-xabi-naz olub, cəm’ et dili-sədparəmi Kim, onun hər parəsi bir növki-müjganındadır.
Bəs ki, hicranındadır xasiyyəti-qət’i-həyat, Ol həyat əhlinə heyranəm ki, hicranındadır.
Ey Füzuli, şəm’ tək mütləq açılmaz yanmadan, Tablar kim, sünbülündən rişteyi-canındadır.
Lüğət: Aşiyan – yuva, sığınacaq yeri