Əsas məzmuna keç

Qəzəl

Aşiqin aqilə daim sözü divanə gəlür

Şah İsmayıl Xətai

1

Aşiqin aqilə daim sözü divanə gəlür, Aşiqin daim anınçün sözü divanə gəlür.

Rayqan satma, sənəm, Xızra dodağın suyini, Xızr əgər istəyə su, çeşmeyi-heyvanə gəlür.

Əsrimiş xuni-dilimdən sənəmin xuni gözi, Gər sən inanmaz isən gör ki, nə məstanə gəlür.

Gahü bigah mana tövbə verir vaizi-şəhr, Vaizin tövbəsi, şaha, mana əfsanə gəlür.

Aşinadır bu Xətayi sözü iman bilənə, Özüni bilməyənə demə ki, biganə gəlür.

Lüğət: Çeşmeyi – heyvan – dirilik bulağı

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.