Aşiqi-sadiqdə aşiqçün gərək pərva ola
Aşiqi-sadiqdə aşiqçün gərək pərva ola, Ta ki, nə dərdin aça aşiq, nə o rüsva ola.
Qönçə tay olmaz, demişdim, ağzına cananımın, Qönçə də təsdiq elər bu fikri gər guya ola.
Ay gözəl, sən tək mələkxislət pəriüzlü hələ Yer üzündə olmayıb, bəlkə bu gün peyda ola.
Lütfdür, pünhan da olsa, sevgilim, meylin mənə, Ah, o lütfündən ki, onda zahir istiğna ola.
Sən qılınc çəkdin, axıtdın gözlərim seylin, odur. Bizdəki birlik xərab eylər əgər dünya ola.
Fayda verməz heç nəsihət dərdlə dolmuş könlümə, Pənd əsər eylərmi, naseh, dildə gər sevda ola?
Qoyma cananın ayağına, Füzuli, başını, Ehtiyat eylə, məbada fitnələr bərpa ola.