Əsas məzmuna keç

Qəzəl

Aşiqi-dilxəstə gör dildarə döndərmiş yüzin

Şah İsmayıl Xətai

1

Aşiqi-dilxəstə gör dildarə döndərmiş yüzin, Aləmi tərh eyləmiş, sən yerə döndərmiş yüzin.

Haşalillah kim, könül yüzin qapundan döndərə, Bülbüli-biçarədir, gülzarə döndərmiş yüzin.

Döndərib zahid yüzin divarə hər dəm yaş tökər, Aşiqin divari yox, didarə döndərmiş yüzin.

Yarə döndərmiş yüzin görgəc rəqibə söylədim: – Ol güli-xəndani gör kim, xarə döndərmiş yüzin.

Dünyada məqsudinə hər kimsə yüzin döndərər, Bu Xətayi sən büti-əyyarə döndərmiş yüzin.

Lüğət: Tərh – atmaq, qaralama, layihə; Xəndan – gülən; Xarə – çaxmaq daşı, bərk daş

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.