Əsas məzmuna keç

Qəzəl

Aşiqəm hüsnünə, eşqin ehtimalı məndədir

İmadəddin Nəsimi

1

Aşiqəm hüsnünə, eşqin ehtimalı məndədir, Aqiləm, əmmarə nəfsin guşmalı məndədir.

Ta səmumun narına yandırmışam şeytanı mən, Zill min yəhmumi-əshabun şimalı məndədir.

Fəzli-həqdən çünki mən əhləl-yəqini-cənnətəm, Ta nəim firdövsi-məskunun sülalı məndədir.

Sidreyi-məhzur içində təlhi-mənzud uş mənəm, Şol çəkilmiş zilli-məmdudun zilalı məndədir.

Çinü Maçinü Həbəş rüxsareyi-Rum üstünə, Basmış zəngi saçın xeyli-xəyalı məndədir.

Sormuşam lə’lində cənnət irmağı ləzzatını, Şəkkərin abü şərabı, şirü balı məndədir.

Məndən iç cami-müsəffa, saqiyi-şafi mənəm, Eyni-hövzün, kövsərin abi-zülalı məndədir.

Vacibül-mümkün, vücudu biərəz cövhər mənəm, Şəhpəri-zati-süfatın bimisalı məndədir.

Saili-eşqəm, gərəkdir cümlədən şafi cavab, Sirri-xəttin həm cavabı, həm sualı məndədir.

Müshəfi üzündən açdı çünki zülfün, kirpigin, Barəkallah, ol kəlamüllah falı məndədir.

Maziyü müstəqbəli bu eşqə təbdil etmişəm, Bu dəmi arif bilir kim, eşq halı məndədir.

______________________Milli Kitabxana_______________________

Baxmazam ənqayi-Qafa, qürbəti-lahuta mən, Seyr ilə simurği-eşqəm, pərrü balı məndədir.

Ol nigari-nazənin siminbərü nəsrinbədən Sərv qəddi, gül üzarı, xəttü xalı məndədir.

Əhli-irfana,m bilirəm xəlqi mən sima ilən, İttisali-həqqü batil infisalı məndədir.

Çün Nəsimi adəmi bildi ilahın məzhəri, Üştə rövşən məzhərin mədlul dalı məndədir.

______________________Milli Kitabxana_______________________

Lüğət: Əmmarə – Əmr edən; Nəfsi – şum – Uğursuz nəfs; Firdövs – Cənnət; Şol – O; Cami – müsəffa – Saf şərab; Müshəf – Kitab; Kəlamüllah – Allah sözü; Müstəqbəl – Gələcək; İttisal – Birləşmə, qovuşma K; Rövşən – Işıqlı

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.