Aşiqəm, bir sənəmi-laləüzarım vardır
Aşiqəm, bir sənəmi-laləüzarım vardır, Bir də sevdalı başım, qəlbi-figarım vardır.
Ciyərim, qəlbimi islatma qızıl qanın ilə, Ki, o saf lövhədə bir nəqşi-nigarım vardır.
Arzum oldur ki, qəmində başım əldən getsin, Çün bəla aşiqiyəm, eşq ilə karım vardır.
Aparıb səbrü qərarım o qədi sərv gözəl, Bir ömürdür ki, nə səbrim, nə qərarım vardır.
Mən ona aşiq ikən etmiş onu məst qürur, Yenə şadəm ki, elə sevgili yarım vardır.
Bir gülün aşiqiyəm bülbüli-şeyda kimi mən, Yox əcəb, şamü səhər naleyi-zarım vardır.
Yar kuyindən uzaq düşdü Füzuli, nə olar, Bax könül güzgüsünə, gör nə qubarım vardır.