Əsas məzmuna keç

Qəzəl

Aşiqəm, aşiqəm nigarə qəsəm

Seyid Əzim Şirvani

1

Aşiqəm, aşiqəm nigarə qəsəm, O siyəhçeşmi-pürxumarə qəsəm.

Ruzgarım qaraldı zülfüntək, O səri-zülfi-müşkbarə qəsəm.

Eşqüvə, ey nigar, məcburəm, O gedən əldən ixtiyarə qəsəm.

Çəkmərəm hiç damənindən əl Verməsən kam, kirdgarə qəsəm.

Ağlaram ol qədər ki, qərq olusan, Lücceyi-çeşmi-əşkbarə qəsəm.

Mənə təlx etdi ömrü hicranın, Ləzzəti-zövqi-vəsli-yarə qəsəm.

Qaşın, ey zülfü qarə, qətlim edər, O ikibaşlı Zülfüqarə qəsəm.

And içib Seyyid aşiqin oldu, Müshəfi-hüsnüvə dübarə, qəsəm.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.