Əsas məzmuna keç

Qəzəl

Aşiq oldum yenə bir tazə güli-rə’nayə

Məhəmməd Füzuli

1

Aşiq oldum yenə bir tazə güli-rə’nayə Ki, salır al ilə hər dəm məni yüz qovğayə.

Lət urub qalibi-fərsudəmi gəh həbs qılır, Gəh sərasiməvü üryan buraxır səhrayə.

Yüzümün qanilə kimüxtini al etdim kim, Aləti-sən’ət ola ol büti-bipərvayə.

Bu nə işdir ki, bizi ignə kimi incəldib, Salır iplik kimi hər dəm bir uzun sevdayə.

Ayağın bağılamış avarələrin sən’ət ilə, Yox nəhayət səri-kuyində gəzən şeydayə.

Ləxt-ləxt olmuş ikən qəmzə dirəfşini çəkib, Çarəsaz olmadı bir gün məni-qəmfərsayə.

Yaxa çak edəni başmaq kimi salır ayağa, Ey Füzuli, bax onun etdiyi istiğınayə.

Lüğət: Kimüxt – saqrı dərisi; Ləxt – ləxt – parça-parça; Dirəfş – bayraq; İstiğına – vara qənaət etmə, nazlanma, ağr davranma; laqeydlik

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.