Əsas məzmuna keç

Qəzəl

Aşiq əgərçi yarı görüb könlü şad olur

Seyid Əzim Şirvani

1

Aşiq əgərçi yarı görüb könlü şad olur, Amma ki, çərx cövrü ilə namurad olur.

Mane olullar aşiqə kim, mehri az ola, Qafil ki, mən olsa məhəbbət ziyad olur.

Şiddət edincə mən olur suzi-dil füzun, Dəryadə mövcə bais olan tünd bad olur.

Zail olurmu pənd ilə aşiqdən eşqi-yar, Damən çalanda şöleyi-nar izdiyad olur.

Bazari-hüsnə aşiqi-miskindi müştəri, Aşiq ki yoxdu, hüsn mətaı kəsad olur.

Məşhur qıldı eşqi-Züleyxa o Yusifi, Aşiqdə hüsn şöhrətinə ictihad olur.

Seyyid, rümuzi-eşqdə sən də çıxartdın ad, Ta kim, zəmanə var, sənə eşq ilə ad olur.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.