Asdı zülfin tək ğəmin şol qəddü baladən məni
Asdı zülfin tək ğəmin şol qəddü baladən məni, Ruy göstər mahi-mən, qurtar bu sevdadən məni.
Mehri-ruyin məh təki qarşumda dutmuş ol pəri, Ey fələk, dur etməgil ol hüsni-zibadən məni.
Zahida, vermə nəsihət, eşqi mən tərk eyləmən, Və’z ilən qorxutmagil imruzü fərdadən məni.
Göz yaşım rudxanəsi axdı ğəmindən, oldu bəhr, Vəsl ilən dutgil əlim, qurtar bu dəryadən məni.
Bu Xətayinin yeri oldu ğəmindən daği-hicr, Qurtara vəslin məgər bu kuhü səhradən məni.
Lüğət: Şol – o; Bala – yüksək, yuxarı; Mehr – günəş; Məh – ay; Dur – uzaq; Hüsn – gözəllik; Ziba – gözəl; İmruz – bu gün; Fərda – sabah; Bəhr – dəniz; Vəsl – qovuşmaq; Hicr – ayrılıq