Arizində sünbülin ənbərfəşan etmişdürür
Arizində sünbülin ənbərfəşan etmişdürür, Sanasan kim, əqrəb ilə məh qiran etmişdürür.
Afərin ol gül yanağlu dilbəri-rə’nayə kim, Hüsn bağında boyu sərvi-rəvan etmişdürür.
Zərrəmidir bilməzəm, yaxud dəhani dilbərin, Sün’ ilən bir mumidir, yaxud miyan etmişdürür?
Qaş ilən gözmidir ol rüxsarın üstə, ey sənəm, Yoxsa dövran fitneyi-axirzəman etmişdürür?
Ey Xətayi, ahuyi-könlün şikar etməkligə, Dəsti-qüdrət kim, səni əbru kəmna etmişdürür.
Lüğət: Məh – ay; Hüsn – gözəllik; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Dəhan – ağız; Dəst – əl; Əbru – qaş