Əsas məzmuna keç

Qəzəl

Arizin kim, ol rüxi-pürnur, tab üstündədir

Şah İsmayıl Xətai

1

Arizin kim, ol rüxi-pürnur, tab üstündədir, Suyə bənzər kim, həmişə afitab üstündədir.

Həq bilur kim, rüxlərin şə’nində olmuşdur nüzul, Ayəti-müshəf ki, övraqi-kitab üstündədir.

Aləmin rövşənliği gərçi günəşdəndir, vəli Pərtövi-hüsni-cəmalın afitab üstündədir.

Tabi-eşqindən həmişə gör nə sərgərdan gəzər, Asiman daim ki, yüzündə niqab üstündədir.

Mehri-eşqin nəqdinə viranə könlümdür məqam Kim, bəli gəncin yeri daim xərab üstündədir.

Ayağın toprağıdır həqq əhlinin başında tac, Cismi daim bu Xətayinin türab üstündədir.

Lüğət: Ariz – yanaq; Tab – güc, qüvvət, işıq; Nüzul – düşmə, enmə; Müshəf – Quran; Vəli – ancaq, lakin; Hüsn – gözəllik; Sərgərdan – avara, sərsəri; Niqab – üz örtüyü; Mehr – günəş; Gənc – xəzinə; Türab – torpaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.