Əsas məzmuna keç

Qəzəl

Arifi-laməkan otuz ikidir

İmadəddin Nəsimi

1

Arifi-laməkan otuz ikidir, Sahibi-cismü can otuz ikidir.

Aç könül gözünüvü güzgüyə bax, Ki yəqin, bigüman otuz ikidir.

Çün üzündür kitab, ayatı İstiva ilə san otuz ikidir.

Endi İsa, gətirdi şirki-xilaf, Uştə sahibzaman otuz ikidir.

Sidrətül-müntəhanın əqsamı, Sayır isən, haman otuz ikidir.

Sənsən ümmül-kitabın əsrarı, Bil ki, səb’ül-məsan otuz ikidir.

Vəhyü ilhamü ya nəbiyyü vəli, Verən, alan əyan otuz ikidir.

Gör Nəsimi ki, surətü mə’ni, Aşikarü nihan otuz ikidir.

______________________Milli Kitabxana_______________________

Lüğət: Laməkan – Məkansız; İstiva – Ekvator xətti; Şirk – Çoxallahlılıq; Əsrar – Sirlər

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.