Əsas məzmuna keç

Qəzəl

Aqibət, ey məh, məni aləmdə heyran eylədin

Şah İsmayıl Xətai

1

Aqibət, ey məh, məni aləmdə heyran eylədin. Çeşmimi giryan qılub bağrımı büryan eylədin.

Xatidim məcmu ikən aşüftə qıldın, ey pəri, Sən anı zülfin kimi əmdən pərişan eylədin.

Şol günəş tək hicrdən, ey tilbə könlüm, boldu kim, Qönçə tək başdan-başa çaki-giriban eylədin.

Dil ara aşiqliğim pünhan ikən, ey pəri, Xəlq ara sən ani yüz dillərdə dastan eylədin.

Cövri-eşqin, ey həbibim, eylə həddən ötdü kim, Bu Xətayi xəstəyə qanımnı asan eylədin.

Lüğət: Məh – ay; Şol – o; Hicr – ayrılıq; Dil – ürək; Cövr – zülm; Həbib – dost

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.