Əsas məzmuna keç

Qəzəl

Apardı könlümü bir çeşmi-məxmur

İmadəddin Nəsimi

1

Apardı könlümü bir çeşmi-məxmur, Kim ola istəməz ol hüsnə məğrur.

Şərabi-lə’linizdən cür’ə içdi, Ənəlhəq çağırır eşqində Mənsur.

Həqin əsrarını mən anda gördüm Ki, Musa söylər idi bər-səri-Tur.

Sənin eşqində, ey Leylisifətli Ki, Məcnun olmuşam aləmdə məşhur.

Çü Isa nöh fələk çərxinə çıxdım, Cahanı sərtasər gördüm pür əz nur.

Nəsiminin cahanda yarı sənsən Ki, sənsən cənnətü cənnətdəki hur.

Lüğət: Çeşm – Göz; Məxmur – Sərxoş, xumar; Şərabi – nab – Saf şərab; Əsrar – Sirlər; Nur – İşıq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.