Ancaq o məhin zülfü nə iyman alır əldən
Ancaq o məhin zülfü nə iyman alır əldən, Ahu baxışı, qarə gözü can alır əldən.
Rüxsarın üzə tazə gələn səbzeyi-xəttin, Bir murdi kim, mülki-Süleyman alır əldən.
Zülfün götürüb əl, üzün iymanə edər qəsd, Kafər alanı indi müsəlman alır əldən.
Sərgəştə edər könlümü ol kakili-dərhəm, Cəmiyyətim ol zülfü-pərişan alır əldən.
Yüz saxlayasan nəqdi-dilü canüvi, Seyyid, Bir vəchlə ol novgüli-xəndan alır əldən.