Allahü əkbər, ey sənəm, hüsnündə heyran olmuşam
Allahü əkbər, ey sənəm, hüsnündə heyran olmuşam, Qövsi-qüzehdir qaşların, yayına qurban olmuşam.
Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir, Eşqində mən bülbül kimi aləmdə dəstan olmuşam.
Kövnü məkandan keçmişəm, mə’ni şərabın içmişəm, Canana, üzün görmüşəm, başdan ayaq can olmuşam.
Də’vi mənəm, qazi mənəm, münkir mənəm, razi mənəm, Dağı mənəm, yazı mənəm, mən külli-dövran olmuşam.
Sufi mənəm, safi mənəm, kafi mənəm, şafi mənəm, Ərni mənəm, heyran mənəm, dərd ilə dərman olmuşam.
Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm, Mö’min mənəm, kafir mənəm, mən külli-insan olmuşam.
Uçmaq ilə rizvan mənəm, damu ilə niran mənəm, Dana ilə nadan mənəm, həm inü həm an olmuşam.
Gəh çıxmışam Isa kimi, çərx üstünə oturmuşam, Gəh varmışam Yusif kimi, Misirdə sultan olmuşam.
Sərrafi-bəhri-qüdrətəm, yaquti-kani-vəhdətəm, Şimdi Nəsimiyəm, bu gün xak ilə yeksan olmuşam.
Lüğət: Münkir – İnkar edən; Uçmaq – Cənnət; Rizvan – Cənnət; Damu – Cəhənnəm; Dana – Bilici; Bəhr – Dəniz; Xak – Torpaq