Alışdım odlara, aldım dili-divanədən atəş
Alışdım odlara, aldım dili-divanədən atəş, Düşübdür aləmi-imkanə bu kaşanədən atəş.
Dedim: xəttin dişərdi, könlümü ver, ey məhi-taban, Dedi: axşam vermək xoş degildir xanədən atəş.
Əgər dil yanmasaydı yaxmaz idi qəlbi-cananı, Əcəb halətdi kim, şəmə düşüb pərvanədən atəş.
O xali-filfilin, ey gülbədən, yandırdı üşşaqı, Düşübdür xirməni-əhli-dilə bir danədən atəş.
Şitadır, saqiya, məclis ara qəlbi-şita xoşdur, Büsatı gərm qıl, göstər bizə peymanədən atəş.
Gəhi hicrin, gəhi vəslin vurar od qəlbi-suzanə – Ki, heç əskik degil bu guşeyi-viranədən atəş.
Müradın xatiri-cananı yandırmaqsa fəryad et – Ki, Seyyid, xali olmaz süfreyi-məstanədən atəş.