Əsas məzmuna keç

Qəzəl

Alinə vermişəm könül, ali çox alə düşməsin

İmadəddin Nəsimi

1

Alinə vermişəm könül, ali çox alə düşməsin, Yanağının qızılgülü üstünə jalə düşməsin.

Zülfü uzun qəsidədir, kimsə irəməz ucuna, Fikri xəta, dili qısa qiyl ilə qalə düşməsin.

Kirpiginin əsiriyəm şol ala gözlü fitnənin, Kimsə anın xəyalının alına alə düşməsin.

Saçı qarasının qəmin ol nə bilir ki, çəkmədi, Sir bilənə yetər bu söz, anca sualə düşməsin.

Münkirin əgri gözləri üzünə baxmasın anın, Kəmnəzərin yavuz gözü hüsni-cəmalə düşməsin.

Eşqilə çünki gəlmişəm aləmə, qoymazam anı, Tərkini ur deyən mana cürmü vəbalə düşməsin.

Xəlvəti-ərbəin ilə kimsə irişmədi həqə, Zöhdü səlahə meyl edən fikri-məhalə düşməsin.

Hüsndə həqq anın kimi bir dəxi can yaratmadı, Huriyə bənzədən anı vəhmü xəyalə düşməsin.

Düşdü kəməndi-zülfünə könlü Nəsiminin, necə Canı bu rəsmə yanmasın? Kimsə bu halə düşməsin!

Lüğət: Şol – O; Münkir – İnkar edən; Zöhd – Asketizm

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.