Əsas məzmuna keç

Qəzəl

Alıb qərarımı, gəl biqərar qoyma məni

Seyid Əzim Şirvani

1

Alıb qərarımı, gəl biqərar qoyma məni, Şikəstə xatirü biqəmküsar qoyma məni.

Alıbdı yaği gözün ixtiyarımı əldən, Fəda olum, belə biixtiyar qoyma məni.

Əgərki öldürəsən intizardən xoşdur, Amandı, qanımı tök, intizar qoyma məni.

Fəraqəti-dilü can məstlikdədir, saqi, Gözün fədası olum, huşiyar qoyma məni.

Durubdu qətlimə cəlladi-çərx bipərva, Amandı, saqi, gözündən kənar qoyma məni.

Gədayi-kuyinəm, ey şəhsüvari-ərseyi-hüsn, Bu zillət ilə sən, ey tacdar, qoyma məni.

Əgərçi Seyyidəm, amma sənə qulaməm mən, Bu dərdü qüssədə, ey şəhsüvar, qoyma məni.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.