Aləmin az-çoxunu atmışıq, olmaz qəmimiz
Aləmin az-çoxunu atmışıq, olmaz qəmimiz, Yemərik qəm, ola gər artığımız, ya kəmimiz.
Könlümüz şad, fərəh həmdəmimizdir daim, Çünki hər dəm qəmin olmuşdu könül həmdəmimiz.
Könlümə zövq verən dərdi-qəmi-eşqindir, Bu qəmimlə yaşayar şən bu dili-xürrəmimiz.
Qəm şəbistanına bizdən hanı layiq bir şəm? Qəlbimizdə odumuz var, gözümüzdə nəmimiz.
Gözümüzdən yolunun torpağını silmək üçün Ağlarıq, ahü fəğan ilə keçər hər dəmimiz.
Qara zülfün qəmi daim yaşasın, çünki odur Sənin eşqinlə məni həmdəm edən məhrəmimiz.
Ey Füzuli, bu səbəbdən belə dilşadıq kim, Qəlbimizdə var onun zülfi-xəmindən qəmimiz.