Aləmi gəzməyimizdən bizə yar idi qərəz
Aləmi gəzməyimizdən bizə yar idi qərəz, Çəməni seyr eləməkdənsə, şikar idi qərəz.
Bəsləməkdən gözü hər dürlü ciyər qanı ilə, Təkcə seyri-güli-rüxsari-nigar idi qərəz.
Bu gülüstanda nə sərv axtarıram, nə lalə, Sərvqamət, üzü gül, laləüzar idi qərəz.
Ey gözüm, kuyinə gəl seyli-sirişk etmə rəvan, Gər yolunda sənə peyvəstə qübar idi qərəz.
Sanma bihudə, əgər toplamışam göz yaşımı, Sən gələn yollara şövq ilə nisar idi qərəz
Dərddən sanma, əgər sinəmi çak etdim mən, Fövçi-möhnətlərə bir rahgüzar idi qərəz.
Nalədir ney kimi hər ləhzə Füzulinin işi, Məgər ömründən ona naleyi-zar idi qərəz?