Əsas məzmuna keç

Qəzəl

Aləmə fitnə salan mədəni-şərdir vaiz

Seyid Əzim Şirvani

1

Aləmə fitnə salan mədəni-şərdir vaiz, Haşəlillah demənəm mən ki, bəşərdir vaiz.

Anası daməni-mehrabə atıb qundağın, Eyləmə cəhl ki, məchul-pədərdir vaiz.

Gətirib tazə genə şəhrə cəhənnəm xəbərin, Sifətindən deyəsən əhli səqərdir vaiz.

«Rətbü Yabisdən» açıb bab, salıb məbhəsələr, Quru sözdən nə bitər, mədəni-şərdir vaiz.

Özü layəqilü sərməsti-meyi-qəflətdir, Söyləyir badəni kim, əqlə zərərdir, vaiz.

Yox, yəqin olmayan işdən sözünü nəql eylər, Seyyida, var xəbərim, əhli-xəbərdir vaiz.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.