Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz
Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz, Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz.
Can bağşlardı ləbin izhari-göftar eyləyib, Urmadan Isa ləbi canbəxşlikdən dəm hənuz.
Səcdəgah etmişdi eşq əhli qaşın mehrabini, Qılmadan xeyli-məlaik səcdeyi-Adəm hənuz.
Canə dərdin, cismə peykanın rəvan etmişdi hökm, Cismilə can irtibatı olmadan möhkəm hənuz.
Əşk sərf eylər fələkdən kam hasil qılmağa, Bu gühər qədrini bilməz dideyi-pürnəm hənuz.
Pərdeyi-çeşmim məqam etmişdi bir tərsabeçə, Olmadan məhdi-Məsiha daməni-Məryəm hənuz.
Ey Füzuli, eylədi hər dərdə dərman ol təbib, Bir mənim zəxmimdir ancaq bulmayan mərhəm hənuz.
Lüğət: Xeyl – dəstə, zümrə, bölük; Peykan – ox; Əşk – göz yaşı; Kam – arzu; damaq, ağız; Məhd – beşik