Aləm bizə zindanə dönə, qəm yemərik biz
Aləm bizə zindanə dönə, qəm yemərik biz, Viranəyə də dönsə cahan, uf demərik biz.
Birdir gözümüzdə azı ilə çoxu dəhrin, Qane olarıq azına, çox istəmirik biz.
Bir ruzi üçün minnəti-sultan nəyə lazım, Minnətlə Cəmin camını nuş eyləmərik biz.
Bizdən nə qaçırsan, gözəlim, torpağa döndük, Gəl qaçma, yəqin eylə ki, adəm yemərik biz.
Ağlar gözümüzdən ləbinin ləlin edib yad, Cam ilə dolu qan içərik, incimərik biz.
Hər ləhzə verər üz bizə bu dəhrdə yüz qəm, Bivəch deyil, şamü səhər mey içərik biz.
Qəm çəkmək işində bizə yar oldu Füzuli, Hər qədər ağır olsa da qəm, inləmərik biz.