Əsas məzmuna keç

Qəzəl

Aldı gülzar içrə su əksi-üzari-alini

Məhəmməd Füzuli

1

Aldı gülzar içrə su əksi-üzari-alini, Çəkdi güllər surətin, mənzur edib timsalini.

Adın etmiş gün, alıb bir əks mir’ati-fələk, Sübh göstərdikdə sən rüxsari-fərrüxfalini.

Şərhə bir gün qıldığın bidadi çəkməz həşrədək, Ol mələk kim, yazmaq istər nameyi-ə’malini.

Seyli-xun xalın xəyalilə pozub göz mərdümün, Mərdüm etmiş çeşmi-xunbarə xəyali-xalini.

Mürği-dil qalmadı kim, seyd olmadı, ey şuxçeşm, Sakin et pərvazdən şəhbazi-mişkinbalini.

Qoymadın bir kimsə cövrün çəkməyə, rəhm et dəmi, Mən’ qıl xunrizlikdən qəmzeyi-qəttalini.

Qəm günü üstümdə səndən qeyri yox, ey dudi-ah! Lütf qıl, məndən götürmə sayeyi-iqbalini.

Ey Füzuli, bəs ki, qəmnak oldu əhvalın soran, Qəmdən ölsən, hiç kim sormaz dəxi əhvalini.

Lüğət: Üzar – yanaq. V; Mənzur – nəzərə alınmış, baxılmış; Şərhə – şərhə – para-para, dilim-dilim; Mərdüm – göz giləsi; xalq, camaat; Seyd – ov, şikar

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.