Əsas məzmuna keç

Qəzəl

Aldanma könül vədəyi-canana inanma

Məhəmmədəli Şəfai

4

Aldanma könül vədəyi-canana inanma, Nə yarə, nə əğyarə, bir insana inanma.

Hər kim desə vardır mərəzi-eşqin əlacı, Aldanma o boş sözlərə, Loğmana inanma,

Bimar ikən ölməkliyi bir bəxt hesab et, Yalvarma ətibbayə, nə dərmanə inanma.

Ümmidi-vüsal etmə gözəllərdə vəfa yox, Səbr eylə fəqət möhnəti-hicrana inanma,

Bundan sora ey sadə könül sadəlik etmə Bel bağlama, söykənmə bir insana inanma.

Aşiqlər ayaqlandı vəfasızlar əlində, Bir əhli-vəfa var deyə dövrana inanma.

Axır səni də xak edəcək gərdişi-dövran, Gəl indi Şəfai bu dəyirmana inanma.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.