Alanda dəstinə ol şuxi-gülüzar qələm
Alanda dəstinə ol şuxi-gülüzar qələm, Əlindən olmağını istəməz kənar qələm.
Qələm özü-Xütən ahusudur və yainkim, Həvayi-zülfü ilə oldu müşkbar qələm.
Öpərdim əllərini ol qələmqaşın mən də, Məni edəydi əgər xəlq kirdgar qələm.
Dəhanı ilə qələm başın etdn pak o gül, Yetişdi çeşmeyi-heyvanə Xızrvar qələm.
İki dil açdı ki, vəsf eyləsin o gülbədəni Fəzilətü hünərin etdi aşkar qələm.
Kəsəydi başımı tiği-cəfa ilə hər dəm, Xəyal edəydi məni kaş ol nigar, qələm.
Qaşını çəkməgə əsbab olmasa, Seyyid, Əzəldə etməz idi xəlq kirdgar qələm.