Əsas məzmuna keç

Qəzəl

Alan qərarımı ol kakili-mütərradır

Seyid Əzim Şirvani

1

Alan qərarımı ol kakili-mütərradır, Başımda, bilməyirəm hiç, bu nə sövdadır?

Dedim: nədir rüxi-müshəfvəşində xətti-siyah, Dedi ki, sureyi «Vəşşəms» üçün bu mənadır.

Caharmixi-təbiətdən əl çəkən arif, Çıxar səmayə ki, həmxaneyi-Məsihadır.

Buraqi-himmət ilə qıl üruc ərşi-həqə, O quş ki, çərxi-çaharüm məqami-İsadır.

Görən xudayi-əhəd nurini bu kəsrət ara. Deməz ki, hiç bu məsciddir, ol kəlisadır.

Təcəlliyat özünün, göz onun, cəmal özünün, Cahanda gəh özü Yusifdi, gəh Züleyxadır.

Rümuzi-şeirdən aləmdə yox mənim xəbərim, Zəbani-Seyyidi-şirinsüxənlə guyadır.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.