Ahü vaveyla kim, ol gülrüx pəri yarım degil
Ahü vaveyla kim, ol gülrüx pəri yarım degil. Mən ona yar oldum, ol yari-vəfadarım degil.
Mən sana bir bəndəyəm, ey yari-dilxahım mənim, Billah, iqrarımdurur bu sözlər, inkarım degil.
Naseh aydır dün mana: – Tərk eylə anın eşqini. Vəh nedim kim, ol mənim həmrazi-əsrarım degil.
Sevgili yarın vüsalı xoşdur, amma neyləyim, Möhnəti-hicran günündə bir mədədkarım degil.
Dilbər aydır: – Ey Xətayi, möhnətimdən çəkmə ğəm, Kimdürür eşqimdə ol, zarü diləfkarım degil.
Lüğət: Naseh – nəsihət verən; Dün – dünən, gecə; Əsrar – sirlər