Əsas məzmuna keç

Qəzəl

Ahım edəndə cilvə olur dar fəzayi-çərx

Məhəmməd Füzuli

1

Ahım edəndə cilvə olur dar fəzayi-çərx, Axır keçər gedər səni ahım, səmayi-çərx.

Min daş yağırsa üstümə göydən, əbəs deyil, Uçmuş bu qanlı göz yaşım ilə binayi-çərx.

Ahım dumanlananda qaralmazmı bu fələk, Yandırdı qəlbimi necə gör bu cəfayi-çərx.

Qəlb atəşilə doldu bütün çərx, şübhəsiz, Mənzil olar mələklər üçün mavərayi-çərx.

Kuyində gördü məskən edən çoxdu yarımın, Matəmsərayə döndü həssədən sərayi-çərx.

Sanma ki, təkcə mən çəkirəm çərxdən bəla, Kimdir ki, dəyməsin ona əsla bəlayi-çərx.

Çərxin vəfası yoxdu desəm, heyrət etməyin, Yoxdur, Füzuli, heç kəsə çünki vəfayi-çərx.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.