Ağlaram, var gözümün yaşına, əlbəttə, səbəb
Ağlaram, var gözümün yaşına, əlbəttə, səbəb, Ağlasam qəlbimin əhvalına, gəl sanma əcəb.
Məni dindirməyir ol qaşı kaman cananım, Qaş-qabaqla baxıb eylər mənə peyvəstə qəzəb.
Candan heç kəs, nə qədər ömr edə, minnət çəkməz, Zövq versə gər onun qəlbinə bir şirin ləb.
Kuyi-canana bizik, talibi-cənnət zahid, Taleyindən edər öz qədricə hər kimsə tələb.
Yoxdur, ey şəm, soruşma, ürəyimdən xəbərim, Ondan ayrı mənə gündüz görünür zülməti-şəb.
Kuyinə gəlsə də yüz şövq ilə dürri-əşkim, Yaşının azlığına baxma, bilir rəsmi-ədəb.
Bu Füzuliyə gəh aşiq, gəhi arif deyilir, Şöhrəti dəhri tutub, var ona hər yerdə ləqəb.